Ay Bakı, Nə Oldu Sənə?
- 24-07-2025, 10:47
- SÖZÜM VAR !
- 0
- 47 630
Ay Bakı, Nə Oldu Sənə?
O günlər harda qaldı? Bugünkü Bakı fərqlidir. Küçəyə çıxırsan, hər tərəfdə qışqırıq, hay-küy, əsəbi insanlar. Metroda sanki yarış var – kim qabağa düşəcək. Avtobuslarda bir-birinin üstünə çıxan, qışqıran, söyüş söyən adamlar.
Bəli, əvvəllər belə deyildi. Böyüyə hörmət, kiçiyə qayğı vardı. İndi isə istər metroda, istər avtobusda, istər küçədə – sanki heç kim heç kimi tanımır. Gənclər bir-birilə uca səslə danışır, açıq-saçıq sözlərdən çəkinmirlər. Ətrafda yaşlı biri var, ailəli biri var, düşünən yoxdur.
Bəzi dostlar deyəcək ki, "ay qardaş, niyə belə ümumiləşdirirsən?" Mən ümumiləşdirmirəm. Sadəcə reallığı deyirəm. Bəli, çox zaman bu davranışlar kənddən, rayondan gələnlərdə daha çox müşahidə olunur. Və deyəndə də inciyirlər. Amma bu da bir reallıqdır. Mədəniyyətli, ədəbli rayon camaatı da var – onlara sözümüz yox. Onlar bizim başımızın tacıdır.
Amma çox zaman elə bil bir kənd toyundasan. Küçədə söyüş, yüksək səslə danışıq, əsəblə maşına minən, bir-birini itələyən adamlar. Bunu deməsək, düzələcəkmi?
Bir zamanlar aktyor Bəhram Bağırzadə bir müsahibəsində demişdi ki, "rayondan gələnlər ictimai yerlərdə uca səslə danışmasın". Dərhal sosial şəbəkələrdə ona hücum etdilər. Amma adam haqlı idi. O bunu ümumiləşdirmədi, sadəcə problemə diqqət çəkdi. Tənqid etmək asandır, amma real problemi demək cəsarət istəyir.
Bugünkü Bakı nəinki davranış baxımından, həm də infrastruktur baxımından iflic vəziyyətdədir. Metro bəzən dolub-daşır, nəfəs almaq mümkün olmur. Avtobuslar daha da pis. Xəttə 10 avtobus çıxır, amma sanki 100 nəfərə yox, 10 min nəfərə xidmət etməlidir. Hər kəs bir-birini itələyir, yerə yıxılanlar olur, qapıda ilişənlər, sürücüyə qışqıranlar.
Yollar isə tam bir xaos. Pik saatlarda nə maşın tərpənir, nə də piyada rahat hərəkət edə bilir. Yollarda nə piyada keçidlərinə hörmət var, nə də sürücülərdə səbir. Hər kəs tələsir, amma heç kim hara tələsdiyini bilmir.
Əslində bu gün yaşadığımız bütün bu problemlər təkcə bir davranış problemi deyil. Bu həm də mədəniyyət, tərbiyə, sosial dəyərlər və ictimai məsuliyyət məsələsidir. Nə vaxtsa Bakı yenidən o sakit, təmiz, mədəni simasına qayıda biləcəkmi?
Ən pisi odur ki, bu dəyişikliklər yeni nəsildə daha çox hiss olunur. Sosial mediada trend olan hərəkətlər küçəyə daşınıb. Sanki hər şey normallaşıb – küçədə söyüş söymək, uca səslə gülmək, yersiz zarafatlar etmək... Bunlar az qala dəb halını alıb. Bu necə cəmiyyətə çevrilirik?
Təhsil, ailə tərbiyəsi, ictimai qınaq və qanun – bu dörd əsas sütun cəmiyyətin düzgün inkişafı üçün vacibdir. Amma biz bu sütunların bir neçəsini artıq itirməkdəyik. Ailələr övladlarına yetərincə nəzarət edə bilmir, məktəblərdə müəllimlərin nüfuzu azalıb, ictimai qınaq yox dərəcəsindədir. Qanunlar isə bəzən tətbiq olunmur və ya ciddiyə alınmır.
Hər kəs öz “komfort zonasında” yaşamaq istəyir. “Mənim problemim deyil” yanaşması hakimdir. Amma bu şəhər bizimdir. Əgər hər birimiz bir az məsuliyyətli olsaq, əmin olun ki, Bakı yenə əvvəlki simasına qayıda bilər.
Əlbəttə ki, bu sözləri deyəndə hamını nəzərdə tutmaq olmaz. İçimizdə elə insanlar var ki, davranışı, danışığı, geyimi, mədəniyyəti ilə nümunədir. Onlar bizim qürurumuzdur, başımızın tacıdır. Amma onlar azdır və bu azlıq getdikcə daha da azalır.
Metroda, avtobusda, küçədə, iş yerlərində mədəni insanlara rast gələndə bir az ümid yaranır. Amma sonra bir qrup insanın davranışı ilə bu ümid yenidən sönür. Çünki yaxşıların səsi çox vaxt eşidilmir, pislərin isə hay-küyü hər yeri tutur.
Bakı dəyişir – amma necə dəyişir, sual budur. Biz bu dəyişikliyə təsir etmək gücündəyik. Gərək cəmiyyət olaraq bu mövzuda düşünək, danışaq, müzakirə edək və ən əsası – dəyişək.
Sonda isə bunu demək vacibdir:
Təbii ki, ümumi rayonluları nəzərdə tutmaq olmaz. Mədəni insanlar bizim başımızın tacıdır!
Bu məqalə "Sözüm var" layihəsi çərçivəsində İzzət Qurbanov imzası ilə hazırlanmışdır.


width="220" alt="Köhnə Bakı mədəniyyəti və indiki mədəniyyət" />
width="220" alt="Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb" />
width="220" alt="Metroda gediş haqqı 55 qəpik olacaq? - RƏSMİ CAVAB" />
width="220" alt="Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır”" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />