Sizin Reklamınız Burada ola bilər!
featured

“Sosial durumumu bilmirsiniz” – Corc tənqidlərə cavab verdi

“Mənim və qardaşımın evi yoxdur. Sosial xidmətlər agentliyi tam araşdırma aparıb. Corvc və Jerar qardaşlarına ayrı-ayrılıqda mənzillərin təqdim edilməsi haqında qərar verib”.

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Corc Qafarov deyib. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən evlə təmin edilməsi və buna görə ünvanına yazılan tənqidlərə cavab verib:

“Biz uşaq evində böyümüşük. Dövlət himayəsində olmuşuq, bizə gözəl baxıblar. Məzun olduqdan sonra dövlət tərəfindən mənzillə təmin olunmuşuq. Çünki anamı da, atamı da itirmişəm. Buna görə də Sosial Xidmətlər Agentliyi mənzillə təmin edib. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə olub.

Biz aktyoruq, 10 yaşımdan sənətə başlamışam. Bu sənətə başlayandan heç vaxt kiməsə zərər verməmişəm və kimdənsə zərər görməmişəm. Həyatımı belə qurmağa çalışıram. Xahiş edirəm, bizə qarşı yox, dəstək verin. Mənim qabağa getməyimə, Türkiyəyə getməyimə, dünyaya açılmağıma dəstək olun. Keçmişimi bilib-bilmədən yarqılamaq düzgün deyil. Tənqidlərə açıq olmuşam, amma sənətimə görə. Heç kim sosial durumumu bilmir. Mənim də, qardaşımın da evi yoxdur. Sağ olsun dövlət, Heydər Əliyev Fondu adına olan 2 saylı uşaq evi, Sosial Xidmətlər Agentliyi, ən əsası ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm. Ölkə başçısı sağ olsun ki, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olur”.

Sizinxeber.Az

0
_la_x_b_r
Əla Xəbər
0
k_d_rli
Kədərli
0
_s_bil_di
Əsəbiləşdi
0
t_cc_bl_ndim
Təəccübləndim
“Sosial durumumu bilmirsiniz” – Corc tənqidlərə cavab verdi

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Giriş Yap

Yandex.Metrica