Yevlaxda yaşadığı evi tərk edən COVID-19 xəstəsi aşkarlandıSizinxeber.az – Azərbaycan Xəbərləri

17 Ocak 2021 - 22:13

Yevlaxda yaşadığı evi tərk edən COVID-19 xəstəsi aşkarlandı

Yevlaxda yaşadığı evi tərk edən COVID-19 xəstəsi aşkarlandı
ƏLAVƏ OLUNUB :

03 Dekabr 2020 - 14:03

Yevlaxda yaşadığı evi tərk edən COVID-19 xəstəsi aşkarlandı
Yevlaxda evini tərk edən COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Z.Bəkirovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu aşkarlanıb. Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruriliyi diqqətinə çatdırılıb.
 
Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Windows 7 Ultimate

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.