Xüsusi karantin rejimində qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidirSizinxeber.az – Azərbaycan Xəbərləri

27 Ocak 2021 - 10:41

Xüsusi karantin rejimində qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir

Xüsusi karantin rejimində qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir
ƏLAVƏ OLUNUB :

08 Dekabr 2020 - 15:48

Xüsusi karantin rejimində qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. 
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünüzün və ailənizin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq. Hazırkı dövrdə ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir. Eləcə də xəstəliyin ilkin əlamətlərini hiss etdikdə özünütəcrid tələblərinə ciddi riayət etməyə, zəruri müalicə tədbirlərinin həyata keçirilməsinə çağırılır.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.