Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdıSizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 03:56

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
ƏLAVƏ OLUNUB :

21 Yanvar 2021 - 18:02

Türkiyəli professor Azərbaycanda da istifadə edilən Çin peyvəndinin yan təsirlərindən danışdı
Türkiyədə Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi Azərbaycanda da istifadə olunan Çin peyvəndi barədə danışıb.
DHA xəbər verir ki, o, Türkiyədə koronavirusa qarşı tətbiq edilən “CoronaVac” peyvəndinin ciddi yan təsirlərinin olmadığını deyib:
“Bu zamana qədər peyvəndlə bağlı yan təsirlər ən çox inyeksiya olunan yerdə qızartı, ağrı, narahatlıq, bəzən də halsızlıq və baş ağrısıdır. Bunlardan başqa ciddi yan təsirlər qeydə alınmayıb”.
Onun sözlərinə görə, peyvənd olunmaq üçün ən yaxın tibb müəssisəsini seçmək və əvvəldən növbəyə yazılmaq lazımdır.
Qeyd edək ki, bu gün Türkiyədə 85 yaşdan yuxarı şəxslər evlərində peyvənd olunurlar.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.