
Türkiyə müşahidəçiləri bir neçə gün ərzində Azərbaycana gələcək.
Axar.az xəbər bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata əsasən, Türkiyə və Rusiyadan olan müşahidəçilərin Qarabağdakı atəşkəsə nəzarət vəzifəsinin detalları da bir neçə gün ərzində bəlli olacaq. Bundan dərhal sonra türkiyəli müşahidəçilər Azərbaycana gələcək.
Azərbaycanın müəyyən edəcəyi ortaq monitorinq mərkəzi ən müasir texnologiyalarla təchiz olunacaq.