11 nəfərin zəhərləndiyi "Narın Qala" restoranı bağlandı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2026
12:47
ff aaaaaaa

11 nəfərin zəhərləndiyi "Narın Qala" restoranı bağlandı

16 iy, 2026
12:47
693

11 nəfərin zəhərləndiyi "Narın Qala" restoranı bağlandı

10:03

Şəmkir rayonunda qidadan kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə restoranlardan birində baş verib.

11 nəfər zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həmin şəxslər aşağıdakılardır:

1. Mədinə İsmayılova (1995)

2. Sevil Cəlilova (1994)

3. Gülbəniz Cəlilova (1973)

4. Leyla Qurbanova (2007)

5. Rüfət Qurbanov ( 1999)

6. Türə Daşdəmirova ( 1999)

7. Famil İsgəndərov ( 1994)

8. Aysu Abbasova (2015)

9. Rüxsarə İsgəndərova (1967)

10. Fatimə İsgəndərova (1999)

11. Rasim Şirinov (1999).

İlkin ehtimala görə, adları çəkilən şəxslər məclisdə yedikləri salatdan zəhərləniblər.

Faktla bağlı araşdırma başlanılıb.

***

Şəmkirdə baş verən qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.

AQTA-ya daxil olan məlumata əsasən, şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar. Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul