ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2026
12:47
ff aaaaaaa

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto

16 iy, 2026
12:47
444

ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada təlim keçirib - Foto

“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində “Zəfərdən inkişafa” media inkişaf proqramı keçirilib.

Sizinxeber.Az xəbər verir ki, proqram Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi (AİİM) tərəfindən 3-cü dəfə reallaşdırılır.

22 İyul – Milli Mətbuat Gününə həsr olunan proqramda müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Əsas məqsəd bu kateqoriyadan olan şəxslərin süni intellekt texnologiyalarından səmərəli istifadə bacarıqlarının artırılması, informasiya istehsalında innovativ yanaşmaların təşviqi, eyni zamanda onların şəxsi inkişafı və effektiv kommunikasiya sahəsində bilik, bacarıqlarının gücləndirilməsidir.

İştirakçılar mediada müasir süni intellekt alətləri, trendlər və texnologiyaların praktik tətbiqi ilə tanış olublar. Vörkşoplar və real nümunələr əsasında müxtəlif süni intellekt həllərinin məzmunu əsasında xəbər hazırlanması üzrə praktiki bacarıqlar əldə olunub. Dezinformasiyanın və manipulyativ kontentin müəyyənləşdirilməsi, eləcə də rəqəmsal təhlükəsizlik, faktların yoxlanılması istiqamətində aktual mövzular üzrə biliklər də təqdim olunub.

Səfər çərçivəsində iştirakçılar Dövlət Xidmətləri Mərkəzində Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Proqramın gedişində iştirakçıların çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul