Ağsuda "İsuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
17:34
0
0
1 138
ff aaaaaaa

Ağsuda "İsuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video

29 apr, 2026
17:34
1 138

Ağsuda "İsuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video

Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "İsuzu" markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Kamran Arif oğlu Xəlilovu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul