Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
14:42
ff aaaaaaa

Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video

29 apr, 2026
14:42
811

Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul