Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
14:42
ff aaaaaaa

Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi

29 apr, 2026
14:42
669

Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi

Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.

Faktla bağlı araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul