Məzuniyyətə gələn əsgər 10 yaşlı oğlanı öldürdü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2026
14:42
ff aaaaaaa

Məzuniyyətə gələn əsgər 10 yaşlı oğlanı öldürdü

29 apr, 2026
14:42
605

Məzuniyyətə gələn əsgər 10 yaşlı oğlanı öldürdü

Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən avtomobil qəzasında 10 yaşlı Eldar Hüseynovun ölümünə səbəb olan sürücü saxlanılıb.

Sizinxeber.Az Oxu.az-a istinadla xəbər verir ki, sürücü hadisədən sonra gecə saatlarında polis tərəfindən ələ keçirilib.

Məlumata görə, 19 yaşlı sürücü Bolnisi bələdiyyəsinin Daşdıqullar kəndinin sakinidir və hərbi xidmətdən bir neçə günlük məzuniyyətə gəlib.

Xatırladaq ki, Gürcüstanda aprelin 28-də yerli vaxtla saat 18:30-da Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində yol kənarında velosipedlə oynayan 10 yaşlı Eldar Hüseynovu yüksək sürətlə hərəkət edən avtomobil vurub. Hadisə faciə ilə nəticələnib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul