Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2026
17:10
0
0
1 278
ff aaaaaaa

Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi

28 apr, 2026
17:10
1 278

Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir.

Sizinxeber.Az xəbər verir ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib.

Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır.

Tədbir çərçivəsində nazir Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla və Türk Dövlətləri Təşkilatının (Türk Devletleri Teşkilatı) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul