28
apr
2026
12:06
yuxarı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
Axar.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Həmid Edison oğlu Yarməmmədov idarə etdiyi VAZ-21043 markalı minik avtomobili ilə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Murad Möhübbət oğlu Zamanovu vurub.
Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
