TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
sizinxeber.az xəbər saytı

TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı


Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb.

Axar.az xəbər verir ki, TÜRKPA-nın saytında yayımlanan bəyanatda qeyd edilib ki, bu cür hərəkətlər qarşılıqlı hörmət prinsipini sarsıdır və regional mühitdə gərginliyi daha da artırmaq riski yaradır.

"Etnik nifrətin təzahürü dinc birgəyaşayış və məsuliyyətli ictimai davranış dəyərləri ilə bir araya sığmır.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq regionda sabitlik və konstruktiv fəaliyyət üçün zəruri elementlər kimi dialoq, təmkin və qarşılıqlı hörmətin təşviq edilməsinin, eləcə də regionda sülh, qarşılıqlı hörmət və etimadın inkişaf etdirilməsinin vacibliyini bir daha bəyan edirik", - deyə bildirilib.

Oxşar xəbərlər

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Ramil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib
Azərbaycanlı deputat TÜRKPA-nın Baş katibi seçilib
TÜRKPA Qazaxıstan referendumunun beynəlxalq standartlara uyğunluğunu təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər