Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
21:36
ff aaaaaaa

Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video

23 apr, 2026
21:36
972

Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video

Sumqayıt şəhərində sərnişin avtobusunun kobud qayda pozuntusu edərək hərəkət iştirakçılarını təhlükəyə atdığı anlar qeydə alınıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə sərnişinlə dolu avtobusun işıqforun qırmızı işığı yandığı halda əks hərəkət zolağına çıxaraq ötmə etdiyi qeydə alınıb. Bu hərəkət həm işıqfor qarşısında gözləyən nəqliyyat vasitələrinə, həm də qarşıdan gələn avtomobillərə ciddi maneə yaradıb və qəza riskini artırıb.

Şikayətlərdə o da qeyd olunub ki, Sumqayıt şəhəri ərazisində 7 nömrəli xətt üzrə hərəkət edən bir çox avtobusların sürücüləri yol hərəkəti qaydalarına əməl etmirlər.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, qeyd olunan fakt üzrə araşdırma aparılır.

"Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul