Toy karvanında avtoşluq edənlər həbs olundu - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
10:32
ff aaaaaaa

Toy karvanında avtoşluq edənlər həbs olundu - Video

23 apr, 2026
10:32
955

Toy karvanında avtoşluq edənlər həbs olundu - Video

Ağsuda toy karvanında sürücülər avtoxuliqanlıq edib.

Daxili İşlər Nazirliyindən (DİN) Axar.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücülər Cəmil Qurbanov və Yusif Yusifov saxlanılıb.

Onlar idarə etdikləri “Mersedes” və “Tofaş” markalı avtomobillərlə toy karvanında yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıblar. Həmin şəxslər bu əməllərini qeydə alaraq sosial şəbəkə hesablarında paylaşıblar.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə C.Qurbanov və Y.Yusifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla onların hər biri 15 sutka inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul