Bu rayon təhsil sektorunun müdiri işdən çıxarıldı - Səbəb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
21:08
0
0
1 060
ff aaaaaaa

Bu rayon təhsil sektorunun müdiri işdən çıxarıldı - Səbəb

22 apr, 2026
21:08
1 060

Bu rayon təhsil sektorunun müdiri işdən çıxarıldı - Səbəb

Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.

Qələmşah Dostu oğlu Dostuyevin sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanlar aşkar edilib. "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq olunub.

Həmçinin tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.

Xidməti araşdırmanın nəticələrinə əsasən, "Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Qələmşah Dostu oğlu Dostuyev dövlət qulluğundan azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul