Bakının bu yollarında təmir işləri həyata keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2026
21:08
ff aaaaaaa

Bakının bu yollarında təmir işləri həyata keçiriləcək

22 apr, 2026
21:08
927

Bakının bu yollarında təmir işləri həyata keçiriləcək

Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Sizinxeber.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər), Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə - Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul