15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı
sizinxeber.az xəbər saytı

15 yaşlı qız uşaq dünyaya gətirdi, cinayət işi açıldı


13:16

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib.

Sizinxeber.Az APA-ya istinadla xəbər verir ki, rayon sakini 15 yaşlı yeniyetmə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib. Ana və uşağın vəziyyəti dəyərləndirilərək, müvafiq klinik protokollara uyğun zəruri tibbi yardım göstərilib. Zahı kafi vəziyyətdə aprelin 17-də sahə həkim mama-ginekoloq nəzarəti altında ambulator müalicə üçün evə yazılıb.

Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

***

Ucarda yeniyetmə qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

"Daxil olan məlumata görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.

Oxşar xəbərlər

Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
Sabirabadda körpə ölü doğulub, ananın vəziyyəti orta ağırdır - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər