Bakıda bir sotu 2 milyon manata torpaq... - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2026
10:39
ff aaaaaaa

Bakıda bir sotu 2 milyon manata torpaq... - Video

20 apr, 2026
10:39
998

Bakıda bir sotu 2 milyon manata torpaq... - Video

Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi ərazilərdə torpağın bir sotunun qiyməti iki milyon manatadək yüksəlib.

Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirir ki, "premium" zonalarda yerləşən torpaq sahələrinin qiyməti hazırda 1 milyon manatdan başlayır.

Ekspertlər hesab edirlər ki, bu yüksəlişin əsas səbəbi mərkəzdə torpaq resurslarının tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Torpaq sahələri bahalaşma sürətinə görə daşınmaz əmlakın digər növlərini xeyli qabaqlayır.

Paytaxtın mərkəzindən kənarlaşdıqca qiymətlər nisbətən aşağı düşsə də, ümumi tendensiya yüksəlişə doğru davam edir. Hazırda Xəzər, Qaradağ və Pirallahı rayonlarında artım dinamikası digər ərazilərlə müqayisədə hələlik aşağı səviyyədə qalmaqdadır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul