Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
17:19
0
0
1 064
ff aaaaaaa

Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı

16 apr, 2026
17:19
1 064

Kartdan pul oğurlayan "bank əməkdaşı" saxlanıldı

Bakıda özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul