Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
apr
2026
17:19
0
0
1 022
ff aaaaaaa

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video

16 apr, 2026
17:19
1 022

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2023-cü il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul