Jurnalist AMB-yə müraciət etdi: Bu bank soyğunçudur!
Uzun müddət öncə bu bankdan kredit götürməyə məcbur olmuşdum və sonuncu ödənişi 19 fevral 2026-cı ildə etdim, "Dostbank" vasitəsilə göstərilən yekun məbləğ - 197 manat əvəzinə qəpik-quruş borc qalmaması üçün öz əməkdaşlarının tövsiyəsi ilə 200 manat ödədim. Üstündən artıq 2 aya yaxın vaxt keçib və bu müddətdə heç bir əməkdaş zəng edib qəpik borcu qalmasını deməyib, mesaj, bildiriş gəlməyib.
Sizinxeber.Az xəbər verir ki, bunu tanınmış jurnalist Elşad Məmmədli özünün Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, borcu tamamilə ödəməsinə baxmayaraq, bu gün adında kredit borcu olduğunu öyrənib:
“Bu gün digər bankdan kredit məhsulu almaq istəyirdim, bu zaman bəlli oldu ki, adımda “Bank of Baku”da 45 gündən çox gecikmə ilə ödənməmiş borc var, yeni kredit ayrıla bilməz. Araşdırdıq, bəlli oldu ki, “Bank of Baku” adlı soyuğunçuluq təşkilatında guya 27 qəpik qalıq borcdan yaranmış 2 manat kredit qalığım varmış. Halbuki mən 197 manat əvəzinə, hətta 200 manat ödəmişəm.
Bu, tam bir bank möhtəkirliyidir, soyğunçuluğudur və vətəndaşa, müştəriyə qarşı nadanlıqdır.
11 min manat kreditə görə 2 il ərzində 16 min manatdan çox pul ödəmişəm, yekunda da belə axmaq davranışla qarşılaşdım”.
Jurnalist Azərbaycan Respublikasının Mərkəzi Bankından tədbir görməsini də xahiş edib.
Məsələ ilə bağlı “Bank of Baku”ya sorğu göndərilib.
Oxşar xəbərlər
"Azpulmat" və "Manato" qaydaya əməl etmir: Faizlər hələ də yüksəkdir
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda özəl bankların payı 70%-ə yaxınlaşıb
Azərbaycan ötən il 1,3 milyard manat borc qaytarıb
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
Aqrar Kredit və İnkişaf Agentliyi 4 ayda 32 milyon manat güzəştli kredit verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
