Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
apr
2026
14:53
0
0
1 597
ff aaaaaaa

Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi

12 apr, 2026
14:53
1 597

Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi

Bakıda marketlərdən oğurluqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.Az-a verilən məlumata görə, paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul