Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
sizinxeber.az xəbər saytı

Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu


Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə holdinqin yaydığı açıqlamada bildirilib.

Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözəl təyin edilib.

Bildirilib ki, bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.

Qeyd edək ki, T.Gözəl Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.

Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.

O, həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.

Oxşar xəbərlər

“Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir
“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər