Tanınmış fotoqrafın evində yanğın oldu - Video
10:20
Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Axar.az xəbər verir ki, bununla bağlı tanınmış fotoqraf Orxan Aslanov videogörüntü yayımlayıb.
O qeyd edib ki, bu gün səhər saat 5-in yarısında Ləhiş bağları ərazidə ona məxsus qaraj yanıb:
"Maşını zədələrlə güclə çıxara bildik, amma təəssüf ki, başqa heç nəyi xilas etmək mümkün olmadı. Uzun müddət topladığım hər şey məhv oldu. Əsas odur ki, heç kim xəsarət almadı. Buna görə də yaşamaq və hər günün qədrini bilmək lazımdır. Hər şey düzələcək".
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 145kv.m. olan və bir hissəsi qaraj kimi istifadə edilən yardımçı tikilidə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən digər tikililərə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və dam örtüyü 115kv.m sahədə, qarajda park edilmiş "Lİ" markalı minik avtomobilinin qismən üzlüyü yanıb, bilavasitə yaxınlıqda yerləşən digər yardımçı tikilinin dam örtüyü 3kv.m sahədə deformasiya edib.
Bitişik tikililər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Bakıda kafedə yanğın olub
Zabratda avtomobil təmiri sexi yanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
