Azərbaycanda oğul anasını öldürdü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
mar
2026
12:55
0
0
1 102
ff aaaaaaa

Azərbaycanda oğul anasını öldürdü

23 mar, 2026
12:55
1 102

Azərbaycanda oğul anasını öldürdü

10:11

Martın 23-də saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Axar.az xəbər verir ki, araşdırmalarla onun qəsdən kəsici alətlə qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.

***

Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Ağdaş rayon prokurorluğunun məlumatında bildirilib.

Qeyd edilib ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul