İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
Xocalı sakini illər əvvəl onu ölümdən xilas edən qəhrəmanla yenidən bir araya gəlib.
Axar.az Teleqraf-a istinadən verir ki, Xocalı rayon sakini Nigar Cəfərova 1992-ci ilin fevralında, Xocalı soyqırımı zamanı onu xilas edən keçmiş döyüşçü Allahverdi Əzimovla görüşüb.
Görüş Ağdam rayonunun işğaldan azad edilmiş Saybalı kəndində təşkil olunan Novruz şənliyi çərçivəsində baş tutub. Nigar Cəfərova 34 il əvvəl baş vermiş faciəvi gecədə yaşamaq ümidini itirdiyi anda Allahverdi Əzimov tərəfindən xilas edildiyini bildirib. O, bu görüşün onun üçün böyük mənəvi əhəmiyyət kəsb etdiyini və xilaskarına olan minnətdarlığının ifadəsi olduğunu vurğulayıb.
Keçmiş döyüşçü Allahverdi Əzimov isə həmin ağır günləri xatırlamağın çətinliyindən bəhs edərək, mülki şəxslərin həyatını xilas etməyin onun üçün bir insanlıq borcu olduğunu qeyd edib. O, faciə zamanı atılan hər bir addımın məhz bu amala xidmət etdiyini diqqətə çatdırıb.
Görüş zamanı N.Cəfərova xilaskarını ailə üzvləri ilə tanış edib və bu tarixi anı xatirə fotoları ilə əbədiləşdiriblər.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir.
Oxşar xəbərlər
Goranboyda iynədən şoka düşən Xocalı sakini ölüb
İtkin düşən şəxsin oğlu: Atamın geri dönməyəcəyi ağlımıza da gəlməzdi
Xocalı sakini: Yurd həsrətimizə son qoyulduğu üçün çox sevincliyik
Rusiyada həkimlər 27 alışqan udan kişini xilas edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
