Bu şəxslər 300 manatdan çox müavinət ala bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
mar
2026
03:31
0
0
1 226
ff aaaaaaa

Bu şəxslər 300 manatdan çox müavinət ala bilər

23 mar, 2026
03:31
1 226

Bu şəxslər 300 manatdan çox müavinət ala bilər

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir.

Axar.az Mətbuat.az-a istinadən xəbər verir ki, himayədar ailəyə verilmiş - 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat, himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş 0–6 yaş arası uşağa görə – 500 manat, 7–13 yaş arası uşağa görə – 600 manat, 14–18 yaş arası uşağa görə – 650 manat ödənilir.

Müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə verilir.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul