Sumqayıtda fərdi ev külə döndü - Foto » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
mar
2026
22:41
ff aaaaaaa

Sumqayıtda fərdi ev külə döndü - Foto

21 mar, 2026
22:41
717

Sumqayıtda fərdi ev külə döndü - Foto

Sumqayıtda fərdi yaşayış evi yanıb.

Far.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul