Bu kərə yağının görüntüləri hər kəsi narahat etdi - Video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
mar
2026
21:24
ff aaaaaaa

Bu kərə yağının görüntüləri hər kəsi narahat etdi - Video

18 mar, 2026
21:24
816

Bu kərə yağının görüntüləri hər kəsi narahat etdi - Video

Antisanitar şəraitdə hazırlanan kərə yağının görüntüləri insanların narahatlığına səbəb olub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

İddialara görə, kadrlarda "Tulçinka" markalı kərə yağının istehsal prosesi əks olunub. Görüntülərdə məhsulun gigiyenik normalara uyğun olmayan şəraitdə hazırlandığı iddia edilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ araşdırılır.

"Sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıyıq. Məsələ araşdırılır. Qida sahəsində hər hansı uyğunsuzluq olarsa, istehlakçılar, o cümlədən sosial şəbəkə izləyiciləri konkret faktlarla "E-Qidam" mobil tətbiqi ilə və ya "1003-Çağrı Mərkəzi"nə zəng vuraraq müraciət edə bilərlər", - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul