Aparıcıların istifadə etdiyi xarici sözlərin sayı... - Şura
Azərbaycan telekanllarında fevral ayında aparıcıların istifadə etdiyi xarici sözlərin sayı 864-ə düşüb.
Far.Az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Qeyd edilib ki, 15 televiziya kanalının aparıcıları tərəfindən ötən ilin dekabr ayında xarici sözlərdən 1366, bu ilin yanvar ayında 1460 istifadə halı müəyyən olunub.
Bildirilib ki, cari ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılmış, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub:
"Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub. Yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxın olmasına baxmayaraq, keçirilən görüşlərin və aparılan maarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunub".
Şura belə monitorinqlərin davamlı olacağını qeyd etməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha bildirir, redaksiya nümayəndələri və aparıcılar tərəfindən xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv iş aparmalarını tövsiyə edib.
Qeyd edək ki, Audiovizual Şura 2025-ci ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.
Oxşar xəbərlər
Audiovizual Şura: Telekanal aparıcıları ötən ay 864 xarici sözdən istifadə edib
Bu ilin yanvar-fevral ayında Azərbaycanda 10 mindən çox ölüm halı qeydə alınıb
Hüquqi sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
