Bu istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif edilir
Nazirlik tərəfindən aqrar istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif olunur.
Far.Az xəbər verir ki, bunu bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir.
Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartları hazırlanmışdır. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqlarının artırılmasına, habelə işəgötürənlər üçün ixisaslı işçi qüvvəsinin seçiminə xidmət edir.
“Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və işaxtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədilə Nazirlik tərəfindən 30-dan çox peşə hazırlığı kursu təklif olunur”, - deyə nazir diqqətə çatdırıb.
Oxşar xəbərlər
Nazir müavini: Peşə hazırlığına cəlb edilmiş şəxslərin işlə təmin olunması 75%-ə yaxınlaşıb
İlin sonunadək 200-dən çox peşə və kvalifikasiya standartı təsdiqlənəcək
Dövlət Məşğulluq Agentliyi daha 112 nəfəri peşə hazırlığına cəlb edib
Gələn il Qubada peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq
Xankəndidə təşkil olunan tikişçilik kursunu bitirən şəxslərə peşə sertifikatları təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
