Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
19:00
0
0
1 177
ff aaaaaaa

Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü

16 mar, 2026
19:00
1 177

Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü

Binəqədi rayonunda qadının üzərinə kimyəvi maddə tökərək ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də Binəqədi rayonu 28 May qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü qadın dayanacaqda olarkən əvvəllər münasibətdə olduğu 1986-cı il təvəllüdlü Alim Babayev tərəfindən üzərinə kimyəvi yandırıcı maddə tökülüb. Nəticədə qadın üz və sol qol nahiyəsindən yanıq xəsarətləri alıb.

Cinayəti törədib hadisə yerindən qaçan həmin şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul