Əhməd Məmmədliyə hökm oxundu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2026
16:06
ff aaaaaaa

Əhməd Məmmədliyə hökm oxundu

16 mar, 2026
16:06
875

Əhməd Məmmədliyə hökm oxundu

Bakıda baş vermiş insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəmə başa çatıb.

Far.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra prosesdə hökm oxunub. Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

"D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilib.

İttihama görə, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Əhməd Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.

Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.

Əhməd Məmmədli Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti törədildikdə) və 221.3-cü (Xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul