Zərdabdan Bakıya narkotik gətirən 65 yaşlı şəxs saxlanıldı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
mar
2026
11:51
ff aaaaaaa

Zərdabdan Bakıya narkotik gətirən 65 yaşlı şəxs saxlanıldı

15 mar, 2026
11:51
824

Zərdabdan Bakıya narkotik gətirən 65 yaşlı şəxs saxlanıldı

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.

Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul