TƏBİB-dən açıqlama: Yumşalma olacaq – Video

0
PAYLAŞIR
0
BAXIŞ

10:36

Epidemik prosesin belə bir qanunauyğunluğu var. Epidemiya başlayanda yoluxanların sayı sürətlə artır və o, özünün ən yüksək nöqtəsinə çatır. Ona pik vəziyyəti deyirlər. O, pik vəziyyətində müyyən qədər qala bilər. Bu halda yoluxanların sayı sağalanların sayından həmişə çox olacaq.

Axar.az xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov “Real intervyu”da qonaq olarkən deyib.

Onun sözlərinə görə, yoluxmanın azalması pandemiyanın geri çəkilməsi deyil:

“Pik vəziyyətini aşdıqdan sonra artıq epidemik prosesin sönməsi başlayır. Yəni yoluxanların sayı azalır, keçmişdə yoluxan insanlar isə müalicə olunub sağaldığı üçün sağalanların sayı çoxalır. Əksinə proses baş verir. Yoluxanların sayı azalır, sağalanların sayı çoxalır.

Beləliklə, biz də Azərbaycandakı indiki durumu epidemik prosesin sönməsi kimi qiymətləndiririk. Yəni pik vəziyyətindən artıq çıxıb, azalmağa doğru gedir. Sözsüz ki, müəyyən müddət sonra – bu, Operativ Qərargahın qərarından asılı olacaq – növbəti yumşalma olacaq”.