Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

18 Ocak 2021 - 20:19

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? – AÇIQLAMA

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? – AÇIQLAMA
ƏLAVƏ OLUNUB :

12 Dekabr 2020 - 19:28

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) müvafiq icazəsi olan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirib.
Nazirlikdən APA-ya verilən məlumata görə, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə “icaze.e-gov.az” portalında qeydiyatda keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsindən istifadə edə bilər.
Bunun üçün əlavə icazə almaq tələb olunmur. Müvafiq icazəsi olmayan şəxslərin isə həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət daşıyır.
 

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.