Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? - AÇIQLAMASizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 03:30

Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? – AÇIQLAMA

Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? – AÇIQLAMA
ƏLAVƏ OLUNUB :

22 Yanvar 2021 - 14:50

Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? – AÇIQLAMA
“Bu ilin yanvar ayının 1-də virusa yoluxmuş şagirdlərin sayı 20 nəfər, işçi heyətin sayı 5 nəfər olub”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
O deyib ki, ötən ilin sentyabrın 15-dən bu günə qədər virusa yoluxmuş şagirdlərin sayı 14 758 nəfər, işçilərin sayı 7 090 nəfər olub:
“l-IV siniflərdə təhsil alanlardan 2 246 şagird koronavirusa yoluxub. Bu, ümumi virusa yoluxmuş şagirdlərin 15 faizidir. V-IX siniflər arasında 4 411 şagird, X-XI siniflərdə 7 525 şagird virusa yoluxub.
Bakı, Sumqayıt, Abşeronda 226 məktəbdə “Məktəblinin dostu” layihəsinə 400 əməkdaş cəlb etmişik. 400 mindən çox şagird bu layihəyə cəlb olunub”.
İlhamə Əbülfət

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.