Şadlıq saraylarında toy: Həbslər var… - Sizinxeber.az - Azərbaycan XəbərləriSizinxeber.az – Azərbaycan Xəbərləri

22 Ocak 2021 - 11:39

Şadlıq saraylarında toy: Həbslər var…

Şadlıq saraylarında toy: Həbslər var…
ƏLAVƏ OLUNUB :

04 Dekabr 2020 - 14:55

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

“BakuPost”un əldə etdiyi məlumata görə, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub. Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevlə əlaqə saxladıq. Şöbə rəisi bildirdi ki, məsələ nazirliyin diqqətindədir və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.