Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıbSizinxeber.az – Azərbaycan Xəbərləri

28 Ocak 2021 - 12:30

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
ƏLAVƏ OLUNUB :

03 Dekabr 2020 - 13:27

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Yaşadığı evini tərk edən daha bir koronavirus xəstəsi aşkarlanıb. 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Şabran rayon sakini M.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adıçəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib. 
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Məmmədovun törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, o yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. 
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. 

Mcafee

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.