Sabahın havası: Şaxta, yağış, duman...Sizinxeber.az – Azərbaycan Xəbərləri

15 Ocak 2021 - 18:53

Sabahın havası: Şaxta, yağış, duman…

Sabahın havası: Şaxta, yağış, duman…
ƏLAVƏ OLUNUB :

24 Noyabr 2020 - 14:44

Sabahın havası: Şaxta, yağış, duman…
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək.
Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə  isti olacaq.  
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.