Rusiyalı deputat: “Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”Sizinxeber.az – Azərbaycan Xəbərləri

19 Ocak 2021 - 20:13

Rusiyalı deputat: “Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”

Rusiyalı deputat: “Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”
ƏLAVƏ OLUNUB :

17 Noyabr 2020 - 15:16

Rusiyalı deputat: “Solovyov və onun dəvət etdiyi qonaqlar açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”
Rusiya Dövlət Dumasının deputatı Tamara Pletnyova Ümumrusiya Dövlət Televiziya və Radio yayımı Şirkətinin baş direktoru Oleq Dobrodeyevə müraciət edərək “Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı münasibətinə qiymət verilməsini xahiş edib.
“Rosbalt”-ın məlumatına görə, deputat bildirib ki, V.Solovyov münaqişə müddətində tez-tez təxribatçı açıqlamalarla çıxış edib.
Qeyd olunub ki, V.Solovyov obyektivlik prinsiplərinə əməl etmək əvəzinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birinin mövqeyini dəstəkləyib:
“Solovyov və onun dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyə barəsində xoşagəlməz çıxışlar edərək açıq şəkildə Ermənistanın tərəfini saxlayıb”.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.