“Qarabağın məşhur müəllimləri” - Cabbar bəy VəlibəyovSizinxeber.az – Azərbaycan Xəbərləri

25 Ocak 2021 - 13:01

“Qarabağın məşhur müəllimləri” – Cabbar bəy Vəlibəyov

“Qarabağın məşhur müəllimləri” – Cabbar bəy Vəlibəyov
ƏLAVƏ OLUNUB :

03 Dekabr 2020 - 13:09

“Qarabağın məşhur müəllimləri” – Cabbar bəy Vəlibəyov
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması görkəmli maarif xadimi Cabbar bəy Vəlibəyovdur. 1893-cü ildə Ağdamın I Baharlı kəndində anadan olub.
Cabbar bəy Vəlibəyov 1913-cü ildə təhsilini başa vurub doğma kəndinə qayıtdıqdan sonra öz evində məktəb açaraq, müəllimlik fəaliyyəti ilə məşğul olub. Dərs dediyi şagirdlərə ərəb və rus dilləri, tarix, riyaziyyat, Azərbaycan ədəbiyyatını öyrədirdi. Ehtiyacda olan yoxsulların dərsə marağını artırmaq məqsədilə onları məktəb ləvazimatı ilə təmin edən Cabbar bəy gördüyü işlər sayəsində I Baharlı kəndində yeni tipli məktəbin əsasını qoyub.
Cabbar bəy Vəlibəyovun yaratdığı məktəbdə sonralar Azərbaycanın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərən insanlar təhsil alıblar. Həyatı boyu müəllim adını şərəflə daşıyan Cabbar bəy Sovet hökuməti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini Ağdamın Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirib. O, 1937-ci ilə kimi Ağdam rayonu I Baharlı kənd məktəbinin müdiri olub.
Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri”  layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Microsoft Project 2016

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.