Главная > Cəmiyyət > Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminə cəza istənilib - VİDEO

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəlliminə cəza istənilib - VİDEO


15-02-2024, 18:28. Разместил: izzet

Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı çıxış edib.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Samir Məmmədov Mehman Xəlilova 20 il həbs cəzası istəyib.

Qeyd edək ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.


Вернуться назад