Главная > Cəmiyyət > Tağı Əhmədov vəfat etdi
Tağı Əhmədov vəfat etdi18-10-2024, 22:05. Разместил: izzet |
|
"Bakı Metropoliteni" QSC-nin keçmiş sədri Tağı Əhmədov vəfat edib. Ens.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. 1997-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantı olub. Texnika elmləri namizədi elmi dərəcəsini alıb. 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. “Şöhrət” ordeni və " Əməkdar mühəndisi" fəxri adı ilə təltif edilib. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub. Вернуться назад |