Главная > Cəmiyyət > Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA
Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA22-09-2023, 11:10. Разместил: izzet |
|
Bildiyimiz kimi, nəqliyyat vasitələrinə və qoşqulara dövlət texniki baxışı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir. Müayinə mərkəzləri həftənin şənbə-bazar, bayram günləri, bir sözlə, 365 gün 24 saat fəaliyyət göstərirlər. Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O, texniki baxış üçün paytaxtdakı müayinə mərkəzlərinin ünvanını da xatırladıb: “Bakı şəhərində iki ərazidə yerləşir. Ünvanlar Sabunçu rayonu, Zabrat-Maştağa şossesi və Qaradağ rayonu, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoludur”. Вернуться назад |