Главная > Cəmiyyət > Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb16-12-2023, 21:32. Разместил: |
|
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi VAZ-21214 markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |