Главная > Cəmiyyət > Sərnişinlərin NƏZƏRİNƏ: 104 nömrəli marşrutun avtobusları yenilənir
Sərnişinlərin NƏZƏRİNƏ: 104 nömrəli marşrutun avtobusları yenilənir27-09-2025, 20:22. Разместил: izzet |
|
Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun "Həzi Aslanov" stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir. Вернуться назад |